logo

Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib

16:59 14-10-2019 | icon 2219
Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib

Qazaxıstan Respublikasının birinci prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nursultan Nazarbayevi hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.