logo

Almazbek Atambayev ikinci dəfə məhkəməyə getməkdən imtina edib

15:53 14-10-2019 | icon 2555
Almazbek Atambayev ikinci dəfə məhkəməyə getməkdən imtina edib

Oktyabrın 14-də Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev ikinci dəfə Bişkekin Pervomaysk rayon məhkəməsinə getməkdən imtina edib.

 YeniAvropa xəbər verir ki, Almazbek Atambayevin vəkili Sergey Slesarev eks-prezidentin məhkəməyə getməkdən imtina etməsi ilə bağlı ərizə yazıb.

Bu səbəbdən məhkəmənin növbəti iclası oktyabrın 15-nə təyin olunub.

Xatırladaq ki, avqustun 7-8-də sabiq prezidentin həbs edilməsi ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 nəfər xəsarət alıb, bir nəfər xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin daxili işlər idarəsinin rəisi Samat Kurmankulov aldığı xəsarətlərdən komaya düşüb. Hazırda onun müalicəsi davam etdirilir.

Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. O, son hadisələrlə bağlı kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə güc tətbiq etmə, dövlət çevrilişi, adam öldürmə, korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmə və digər məsələlərlə bağlı ittiham olunur.

Prezident Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.