logo

Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir

09:32 14-10-2019 | icon 6727
Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir

Azərbaycan internetin sürətinə görə dünyanın 207 ölkəsi arasında 141-ci yeri tutur.

 YeniAvropa xəbər verir  ki, bu barədə dünya ölkələrinin ortalama internet sürətini araşdıran Böyük Britaniyanın "Cable" şirkətinin hazırladığı hesabatında qeyd edilib.

Araşdırmada qeyd edilir ki, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur. 
Hesabata görə,ötən illə müqayisədə Azərbaycan siyahəda 6 pillə geriləyib. Belə ki, ölkəmiz 2018-ci ildə 135-ci yerdə olub. Bu il bütün ölkələrin ortalama internet sürəti  saniyədə 11 Mbps təşkil edib. Azərbaycanda internetin sürəti (3.1 Mbps)  dünya üzrə orta internet sürətindən də aşağıdır. 

Hesabatda qeyd edilib ki, dünyada orta hesabla ən sürətli internetin olduğu ölkə 85 Mbps/saniyə sürətlə Tayvandır.  Tayvandakı orta internet sürətilə 5 GB-lıq bir filmi endirmək üçün 8 dəqiqə tələb olunur. 

Qeyd edək ki, "Cable" şirkətinin hesabatına aşağıdakı linkdən baxmaq olar: https://www.cable.co.uk/broadband/speed/worldwide-speed-league/

"Worldwide broadband speed league 2019"