logo

Xəzər dənizində zəlzələ olub

10:10 09-10-2019 | icon 2772
Xəzər dənizində zəlzələ olub

Oktyabrın 9-da Xəzər dənizində növbəti zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 09:33-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.5 olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Xəzər dənizində gün ərzində ilk zəlzələ saat 07:06-da baş verib və maqnitudası 4.4 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.