logo

BŞİH güclü küləklə bağlı vətəndaşlara xəbərdarlıq etdi

13:29 07-10-2019 | icon 2478
BŞİH güclü küləklə bağlı vətəndaşlara xəbərdarlıq etdi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

 YeniAvropa xəbər verir  ki, BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov jurnalistlərə bildirib ki, yaxın bir necə saat ərzində Bakıda və Abşeron yarımadasında şimal küləyinin sürətinin 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyəyədək güclənəcəyi gözlənilir. Belə güclü külək, eyni zamanda hazırda yarpaqla yüklü olan ağacların aşma ehtimalını artırır: "Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".