logo

Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

22:30 05-10-2019 | icon 252
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Dekabrda Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi planlaşdırılır.

 YeniAvropa xəbər verir  ki, bu barədə KİV-ə müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

“Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolu xüsusi qeyd olunmalıdır. Ölkəmizin Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur. Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb. Ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində 10-cu forumun keçirilməsi nəzərdə tutulur”, - deyə nazir əlavə edib.