İstanbulda 4.6 bal gücündə zəlzələ olub.
YeniAvropa xəbər verir ki, yerli vaxtla saat 11.01-də meydana gələn yeraltı təkanların ocağının yerin 9.8 kilometr dərinliyində olduğu bildirilir.
Zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.