logo

İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq

11:10 20-09-2019 | icon 2793
İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq

Cari ilin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evinin açılması nəzərdə tutulur.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 20-də jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, Çində Azərbaycanın məhsullarının tanıdılması işləri davam edəcək: “Bu gün Çinin CAMCE şirkəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında imzalanan anlaşma memorandumu işlərin daha da sürətlənməsinə imkan verəcək”.