logo

Azərbaycan millisi FIFA reytinqində 109-cu pillədə qərarlaşıb

15:13 19-09-2019 | icon 2968
Azərbaycan millisi FIFA reytinqində 109-cu pillədə qərarlaşıb

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 YeniAvropa xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1191 xalla 109-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya isə 1719 xalla üçüncü sıradadır.