logo

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə start verilir

11:55 19-09-2019 | icon 3563
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə start verilir

Sentyabrın 19-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə start veriləcək.

YeniAvropa xəbər verir  ki,  gün ərzində 24 qarşılaşma oynanılacaq. A qrupunda yer alan Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. Görüş saat 20:55-də başlayacaq. Bu qrupun digər oyununda Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandaları üz-üzə gələcəklər.

Turnirin digər oyunları aşağıdakılardır:

B qrupu:

“Dinamo” (Kiyev, Ukrayna) – “Malmö” (İsveç),

“Kopenhagen” (Danimarka) – “Luqano” (İsveçrə).

C qrupu:

“Bazel” (İsveçrə) – “Krasnodar” (Rusiya),

“Xetafe” (İspaniya) – “Trabzonspor” (Türkiyə).

D qrupu:

“PSV Eyndhoven” (Hollandiya) – “Sportinq” (Portuqaliya),

LASK (Avstriya) – “Rusenborq” (Norveç).

E qrupu:

“Renn” (Fransa) – “Seltik” (Şotlandiya),

“ÇFR Kluj” (Rumıniya) – “Latsio” (İtaliya).

F qrupu:

“Ayntraxt” (Almaniya) – “Arsenal” (İngiltərə),

“Standard Liq” (Belçika) – “Vitoriya” (Portuqaliya).

G qrupu:

“Portu” (Portuqaliya) – “Yanq Boyz” (İsveçrə),

“Reyncers” (Şotlandiya) – “Feyenoord” (Hollandiya).

H qrupu:

“Ludoqorets” (Bolqarıstan) - MOİK (Rusiya),

“Espanyol” (İspaniya) – “Ferentsvaroş” (Macarıstan).

I qrupu:

“Volfsburq” (Almaniya) – “Aleksandriya” (Ukrayna),

“Gent” (Belçika) – “Sent-Etyen” (Fransa).

J qrupu:

“Roma” (İtaliya) – “İstanbul Başakşehir” (Türkiyə),

“Borussiya” (Mönxenqladbax, Almaniya) – “Volfsberq” (Avstriya).

K qrupu:

“Vulverhempton” (İngiltərə) – “Braqa” (Portuqaliya),

“Slovan” (Slovakiya) – “Beşiktaş” (Türkiyə).

L qrupu:

“Mançester Yunayted” (İngiltərə) – “Astana” (Qazaxıstan),

“Partizan” (Serbiya) - AZ (Alkmaar, Hollandiya).

Qeyd edək ki, A, B, C, D, E və F qruplarındakı oyunlar Bakı vaxtı ilə saat 20:55-də, G, H, I, J, K , L qruplarının görüşləri isə saat 23:00-da başlayacaq.