logo

İlham Əliyev çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayırdı

18:57 18-09-2019 | icon 2044
İlham Əliyev çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 18-də Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.