logo

Nyu-Yorkda İran və ABŞ prezidentlərinin görüşü olmayacaq

17:51 16-09-2019 | icon 2716
Nyu-Yorkda İran və ABŞ prezidentlərinin görüşü olmayacaq

BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 74-cü sessiyası çərçivəsində İran və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulmayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Müsəvi Tehranda keçirdiyi ənənəvi mətbuat konfransında deyib. O bildirib ki, prezident Həsən Ruhani sentyabrın 20-də keçiriləcək sessiyada iştirak etmək üçün Nyu-Yorka gedəcək. Prezidentin keçirəcəyi görüşlərlə bağlı proqram tərtib edilib. Lakin onun ABŞ prezidenti Donald Tramp ilə görüşü nəzərdə tutulmayıb.