Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
Sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsindən 101 il ötür.
YeniAvropa xəbər verir ki, bu münasibətlə Türkiyənin ölkəmizdəki səfirliyi və bir sıra ictimai təşkilatların nümayəndələri Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, xatirə dəftərini imzalayıb.
Səfir çıxışında bildirib ki, Türkiyə və Azərbaycan tarix boyunca bir yerdə olub, bundan sonra da bir olacağıq: “Çünki biz bir millət, iki dövlətik. Qafqaz İslam Ordusu da 101 il əvvəl Azərbaycana bu hisslərlə gəlmişdi”.
Tədbir iştirakçıları şəhidlərin məzarları önünə də tər qərənfillər düzüblər.
Sonra Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarı üzərinə güllər düzüblər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Qeyd edək ki, sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verib.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub
Nikol Paşinyan Moskvada Aİİ-nin yubiley sammitində iştirak edib
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb