logo

Paytaxtda “Fiat” yolu keçən piyadanı vurub  öldürdü

15:58 12-09-2019 | icon 3857
Paytaxtda “Fiat” yolu keçən piyadanı vurub  öldürdü

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yolu keçən 55-60 yaşlı kişi Bakı şəhər sakini A.İsmayılovun idarə etdiyi “Fiat” markalı avtomobillə vurulub.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.Qeyd edilib ki,  həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov rayonunun Z.Bünyadov prospektində isə yolu keçən paytaxt sakini Pərvanə Şahbazova Bakı şəhər sakini E.Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.

Hadisələrlə bağlı Xəzər və Nərimanov rayon Polis idarələri tərəfindən araşdırma aparılır.