logo

 Nazim Babayevin Avropa yığmasındakı çıxışı uğursuz olub

22:39 10-09-2019 | icon 217
 Nazim Babayevin Avropa yığmasındakı çıxışı uğursuz olub

Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında yarışlar keçirilir. Yarışlarda üç təkanla tullanma üzrə Avropa çempionumuz Nazim Babayev də çıxış edib.

 YeniAvropa  xəbər verir ki, atletimizin bu turnirdə çıxışı uğursuz olub. N.Babayev 16,27 metr məsafəyə tullanaraq yarış cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Bu yarışda birinci pillədə ABŞ idmançısı Kris Benard qərarlaşıb.

Qeyd edək ki, bu gün, həmçinin Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında mübarizə aparacaq. R.Quliyev Bakı vaxtı ilə saat 22:00-da start xəttinə çıxacaq.

Atletika yarışları "Dinamo" Milli Olimpiya Stadionunda keçirilir. Görüşdə 300 atlet 30-dan çox idman növü üzrə mübarizə aparır.