logo

MDB ölkələri XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək

15:17 10-09-2019 | icon 196
MDB ölkələri XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək

Sentyabrın 11-də Moskvada MDB iştirakçı dövlətlərinin Xarici İşlər nazirlikləri arasında “Birlik dövlətləri arasında BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyinə daxil edilmiş məsələlər, həmçinin MDB-nin maraqlarına aid olan digər problemlər” mövzusunda məsləhətləşmələr keçiriləcək.

YeniAvropa MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, xarici siyasət idarələri təmsilçilərinin görüşündə Müstəqil Dövlətlər Birliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında qarşılıqlı fəaliyyət, Birlik ölkələrinin BMT Baş Assambleyasının 74-cü sessiyasında prioritetləri müzakirə olunacaq, həmçinin bu ilin iyulunda Londonda keçirilmiş Qlobal konfransda Böyük Britaniyanın KİV sahəsində azadlıqlara bağlı təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, iştirakçılar BMT Baş Assambleyasının 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliyinin reallaşdırılması ilə bağlı fəaliyyətini də nəzərdən keçirəcəklər.