Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Xorvatiya oyunun hakimləri müəyyənləşib.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, “Bakcell Arena”da təşkil olunacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Sandro Şörer olacaq. Ona həmyerliləri Stefan De Almeyda və Sladan Yosipoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.
Matçın hakim-inspektoru Aleksandru Dyakonu (Rumıniya), UEFA nümayəndəsi isə belaruslu Sergey İliç olacaq
Görüş sentyabrın 9-da saat 20:00-da başlayacaq.