logo

Qani Vaşinqtonda Trampla "Taliban"ı müzakirə edəcək

12:11 06-09-2019 | icon 2765
Qani Vaşinqtonda Trampla "Taliban"ı müzakirə edəcək

Əfqanıstan prezidenti Əşrəf Qani sentyabrın 7-də Vaşinqtonda ABŞ lideri Donald Trampla danışıqlar aparacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Əfqanıstan liderinin administrasiyasından verilən məlumata görə, Əşrəf Qani Vaşinqtona 13 nəfərdən ibarət nümayəndə heyəti ilə gedib.

Bir qədər əvvəl yayılan məlumata əsasən, “Taliban” və ABŞ nümayəndələri 11 müddəadan ibarət saziş layihəsini razılaşdırıb. Bundan sonra sənədi ABŞ-ın dövlət katibi Mayk Pompeo və “Taliban” hərəkatının Dohadakı siyasi ofisinin rəhbəri Molla Barədar imzalamalıdır.

Xatırladaq ki, ABŞ və “Taliban” hərəkatı arasında danışıqların doqquz raundu keçirilib. Tərəflər ABŞ və NATO qoşunlarının Əfqanıstandan tam çıxarılması və ölkə ərazisinin ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağı barədə zəmanəti, həmçinin ümumi atəşkəsi və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsi məsələləri barədə razılığa gəlməyə ümid bəsləyirlər. Əfqanıstan hökuməti danışıqlarda iştirak etmir.