logo

Sabiq prezident oktyabrın sonunadək həbsdə qalacaq

15:20 20-08-2019 | icon 2919
Sabiq prezident oktyabrın sonunadək həbsdə qalacaq

Bu gün Bişkekin Birmay məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu haqda jurnalistlərə keçmiş prezidentin vəkili Sergey Slesarev məlumat verib. O deyib ki, sabiq prezident qanunsuz olaraq həbs edilib və Almazbek Atambayevin azad edilməsi ilə bağlı yuxarı instansiyalara müraciət ediləcək.

Xatırladırıq ki, sabiq prezident avqustun 8-dən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. Almazbek Atambayev dövlət çevrilişi, adam öldürmə, korrupsiya, kütləvi ixtişaşlar törətmək, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.