logo

Xaçmazda avtoqəzada 3 nəfər yaralanıb

17:42 18-08-2019 | icon 4011
Xaçmazda avtoqəzada 3 nəfər yaralanıb

Avqustun 18-i günorta saatlarında Xaçmazda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində “VAZ 2107” markalı nəqliyyat vasitəsi “Ford” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində yaralanalar təcili-tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.