logo

Sentyabrdan Məhərrəm ayı başlayır- 10 sentyabr Aşura günüdür

11:54 14-08-2019 | icon 5684
Sentyabrdan Məhərrəm ayı başlayır- 10 sentyabr Aşura günüdür

Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib. Qeyd edilib ki, bu ayın 10-cü günü - Aşura sentyabrın 10-nə qeyd ediləcək. Sentyabrın 29-da Məhrrəm ayı başa çatacaq və  Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.