logo

Bu gün İstanbulda UEFA Super Kubokunun final görüşü keçiriləcək

10:21 14-08-2019 | icon 2961
Bu gün İstanbulda UEFA Super Kubokunun final görüşü keçiriləcək

Avqustun 14-də UEFA Super Kubokunun final görüşü keçiriləcək.

YeniAvropa xəbər verir  ki, İstanbulun “Vodafone Park” stadionunda oynanılacaq görüşdə ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi “Liverpul”, UEFA Avropa Liqasının qalib kimi başa vurmuş “Çelsi” klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Çelsi” 2018-2019-ci ilə mövsümünün UEFA Avropa Liqasının Bakıda keçirilən finalında “Arsenal” klubunu məğlub etmişdi (4:1). “Liverpul” isə qitənin ən nüfuzlu klub turnirinin həlledici götüşündə “Tottenhem”ən üstün olub (2:0).