logo

APOEL-in baş məşqçisi sabahkı oyuna görə narahatdır

23:48 12-08-2019 | icon 3423
APOEL-in baş məşqçisi sabahkı oyuna görə narahatdır

Sabahkı oyuna nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm, amma çox yaxşı komandamız var.

 YeniAvropa xəbər verir ki, bu sözləri Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Çempionlar Liqasının "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri üçüncü təsnifat mərhələsinin cavab görüşü haqda öyunöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

"Sabah özümüzə inamla oynayacağıq. İki qol vurmalıyıq. Ümumilikdə yeni postumda dördüncü məşqimiz olub. Futbolçulardan razıyam. Təəssüf ki, onlar ilk görüşdə bacardıqlarını tam şəkildə nümayiş etdirə bilməyiblər. Önəmli olan ilk matçla müqayisədə daha yaxşı oynamaqdır. Sabah ortaya fərqli performans qoymalıyıq. Futbolçularla söhbətim olub. Hiss edirəm ki, şansımız var. Çox güclü rəqibə qalib gələ bilərik. Fərqli performansın nədən ibarət olduğu deyə bilməyəcəyəm. Matç zamanı görəcəksiniz",-deyə o, bildirib.

Dollun sözlərinə görə, heyətdəki bəzi itkilər komandanın oyununa təsir etməməlidir: "Əsas inamdır. Futbolda zədələrin olması normaldır. Çox yaxşı heyətimiz var. Ona görə də itkilərin öhdəsindən gələcəyik. Mən emosional adamam. Ona görə referi məni texniki zonadan uzaqlaşdıra da bilər. İlk matça baxmışam. Bəzi məqamaları müşahidə etdim. Sabah daha çox şanslar yaradacağıq. Uşaqlar nə etmək lazım olduğunu bilirlər".

Xatırladaq ki, "Qarabağ" ötən həftə Nikosiyada keçirilən ilk oyunda APOEL klubuna 2:1 hesabı ilə qalib gəlib. Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı saat 20:30-da start götürəcək.