logo

Vladimir Putin Qurban bayramı münasibətilə müsəlmanları təbrik etdi

12:31 11-08-2019 | icon 2758
Vladimir Putin Qurban bayramı münasibətilə müsəlmanları təbrik etdi

Rusiya prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib, onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.

 YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Rusiya prezidentinin təbrik məktubu Kremlin saytında yerləşdirilib.

“Bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”, - deyə məktubda bildirilir.