logo

Qahirə-Qəbələ ilk çarter reysi həyata keçirilib

22:31 07-08-2019 | icon 2548
Qahirə-Qəbələ ilk çarter reysi həyata keçirilib

Avqustun 7-də Misir paytaxtı Qahirədən Azərbaycanın Qəbələ şəhərinə ilk çarter reysi həyata keçirilib.

 YeniAvropa xəbər verir  ki, aviareys  Azərbaycanın “Zakher Travel” turizm şirkəti ilə Misirin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir.

Zakher Travel” in rəhbəri Cəfər Qarayevin sözlərinə görə, çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur. Turistlər üç gün Qəbələdə, dörd gün isə Bakıda 4 və 5 ulduzlu otellərdə yerləşəcəklər.

Qarşılıqlı razılaşmaya əsasən, çarter reysi Qəbələ ilə yanaşı Bakıya da həyata keçiriləcək. 

Turizm şirkətinin rəhbərinin sözlərinə görə, ilk çarter reysinin Qəbələyə reallaşması heç də təsadüfi deyil. Son illər Qəbələdə müasir standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində çox böyük işlər görülüb. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini özünə cəlb edir.

Cəfər Qarayev bildirib ki, bundan sonrakı uçuşlar Bakı şəhərinə olacaq. Sonuncu reyslə Bakıya gələn misirli turistlər öz ölkələrinə Qəbələ Beynəlxalq Hava Limanından qayıdacaqlar. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.