logo

Qurban Qurbanov "APOEL"in gücündən danışdı

20:55 05-08-2019 | icon 2919
Qurban Qurbanov "APOEL"in gücündən danışdı

"APOEL"in gücü hər kəsə məlumdur. Hesab edirəm ki, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur.

YeniAvropa xəbər verir  ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə sabah  keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Q.Qurbanov bildirib ki, ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub: “Bəzən belə məqamlarda belə dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsümün oyunlarında sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq”.

Qeyd edək ki, "APOEL" –“Qarabağ” matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.