logo

Azərbaycanda 2 min 571 ədəd bankomat fəaliyyət göstərir

14:58 31-07-2019 | icon 2842
Azərbaycanda 2 min 571 ədəd bankomat fəaliyyət göstərir

İyulun 1-nə ölkə üzrə bankomatların sayı 2 min 571 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur.

YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Qeyd edilib ki,  bankomatların 1373-ü Bakıda, 1198-i isə digər şəhər və rayonlarda yerləşir.

Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı isə 63 min 396 təşkil edib ki, bunun da 25 min 747 ədədi təmassız POS-terminallardır.

Cari ilin 6 ayında ötən ilin birinci yarısı ilə müqayisədə təmassız POS-terminalların sayı 26 faiz (5305 ədəd) artıb.