logo

Aleksandr Səmədov futbol karyerasını başa vurub

14:55 30-07-2019 | icon 2982
Aleksandr Səmədov futbol karyerasını başa vurub

Futbol üzrə Rusiya millisinin Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını başa vurub.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə “Instagram” hesabında yazıb. A.Səmədov karyerası ərzində ona dəstək olan ailəsinə, dostlarına, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkürünü bildirib.

Peşəkar futbolda karyerasına 2002-ci ildən başlayan A.Səmədov ötən müddətdə Moskvanın “Spartak”, “Dinamo”, “Lokomotiv” klublarında çıxış edib. O, ötən mövsüm Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinib.

O, 2011–2018-ci illərdə Rusiya millisinin heyətində 53 oyunda 7 qol vurub.