logo

Bakının və respublikanın bir neçə rayonunun təbii qaz təchizatı məhdudlaşdırılıb

12:29 30-07-2019 | icon 2408
Bakının və respublikanın bir neçə rayonunun təbii qaz təchizatı məhdudlaşdırılıb

Bu gün saat 10:00-dan 17:00-dək Şamaxı şəhərinin 12 kəndində, saat 11:30-dan isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük yaşayış massivində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya  bildirilib ki, qaz təchizatındakı məhdudiyyətlər aşkar olunan qaz sızmalarının ləğvi və xətlərdə sazlama işləri ilə əlaqədardır.

Eləcə də saat 09:00-dan Zaqatala rayonunun Hənifə kəndində, saat 09:45-dən Xaçmazdan Quba rayonu istiqamətində olan qaz xəttində, saat 10:30-dan Şəmkir rayonunun Çənlibel, Qasmalılar, Seyidlər və Hacalılar kəndlərini təmin edən orta təzyiqli qaz kəmərində, saat 10:35-dən Xəzər rayonunun Buzovna qəsəbəsində, saat 10:40-dan isə Sabirabad rayonunun 11 kəndində müəyyən işlərin aparılması ilə əlaqədar olaraq qaz təchizatı dayandırılıb.