logo

Azərbaycan yığması FIFA reytinqində 109-cu yerdədir

14:08 25-07-2019 | icon 2863
Azərbaycan yığması FIFA reytinqində 109-cu yerdədir

Azərbaycan yığması Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) reytinqində 109-cu yerə çıxaraq vəziyyətini bir pillə yaxşılaşdırıb.

YeniAvropa xəbər verir  ki, FIFA reytinqinin yenilənmiş versiyası iyulun 25-də qurumun saytında yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan yığması iyul ayında rəsmi və yoldaşlıq görüşləri keçirməyib.

“Avro-2020” turnirinə seçim mərhələsində Azərbaycan yığmasının rəqib komandaları aşağıdakı yerləri tutublar: Xorvatiya (7), Uels (24), Slovakiya (31) və Macarıstan (45) .

Reytinqə əvvəlki kimi Belçika yığması başçılıq edir. “Kopa Amerika” turnirində qazandığı qələbə sayəsində Braziliya ikinci yeri tutub.

Fransa, İngiltərə, Uruqvay, Portuqaliya, Kolumbiya, İspaniya və Argentina yığmaları da ilk onluqda yer alıblar.