logo

Qusarda süni göldə çimən gənc boğulub

15:33 21-07-2019 | icon 3689
Qusarda süni göldə çimən gənc boğulub

İyulun 21-də Qusar ərazisində yerləşən süni göldə çimərkən 1997-ci il təvəllüdlü Adiq Yavər oğlu Bağırov boğulub.

 YeniAvropa xəbər verir  ki,  göldə batan şəxsin sudan çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. A.Bağırovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib;

Rayon mərkəzinə yaxın ərazidə yerləşən “Bənövşə” adlandırılan gölün ətrafında istirahət mərkəzləri fəaliyyət göstərir.