Roberto Bordin: Sabah “Neftçi” ni çətin oyun gözləyir
Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələr tez-tez olur. Ona görə də qələbə qazanmaq üçün oyuna maksimum köklənəcəyik. İlk oyundakı nəticə bizi aldatmamalıdır.
YeniAvropa xəbər verir ki, bu fikirləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Speranta” oyunu ilə bağlı təşkil edilmiş mətbuat konfransında səsləndirib.
Təcrübəli məşqçi deyib: “Oyunda maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətinliklər yaratmışdı. Fasiləyədək real qol imkanları vardı, amma Səlahət Ağayev bizi xilas etdi. Sonra da qol imkanları oldu, amma istifadə edə bilmədilər. Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Həm Baqali Dabo, həm də Soni Mustivar bizim üçün vacib futbolçulardır. Soni artıq əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudur. Heç vaxt təslim olmur. Ola bilər ki, sabah heyətdə onu da görərsiniz. Daboda da irəliləyiş var. Həkimlərin tapşırığı ilə bərpa məşqlərini davam etdirir. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiniz. Hazırda yalnız “Speranta” ilə oyunu düşünürəm. Bu mərhələni keçəndən sonra digər mövzular haqqında da düşünəcəyik. Çalışacağıq ki, hücum futbolu göstərək, oyuna diktə edən tərəf biz olaq, əvvəldən sonadək aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək. Səfər matçında mənə vacib olan komandamızın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən rəqib daha hazırlıqlı ola bilər. Bununla belə, futbolçularımız oyuna ciddi yanaşdılar. Düzdür, bəzi səhvlərimiz oldu, amma ilk oyundan razı qaldım. Rəqib baş məşqçinin ilk görüşdən sonra dediklərinə şərh vermək istəmirəm. Əsas odur, gözəl oyun nümayiş etdirib qələbə qazanaq”.
Roberto Bordin ilk oyunda heyətdə olunan dəyişiklik haqında da söz açıb: “Voislav Stankoviçə ilk görüşdə şans verməməyimə gəlincə, qeyd edim ki, komandamızda 6 arxa xətt oyunçusu var. Bunların 4-ü mərkəz, 2-si cinah müdafiəçisidir. Müdafiədə güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mbodjla Petrov cütlüyünə şans verim. Bununla belə, bugünkü məşqdən sonra dəyişiklik ola bilər”.
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ
Yaxın aylarda 50 ailədən ibarət ilk köç Xocalıya yola salınacaq
Prokurorluq 45 yaşlı qadının liftdə ölməsi faktını araşdırır
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçiriləcək
“Crocus City Hall”dakı terror aktında ölənlərin 84-nün cəsədi tanınıb
"İnterpol"la axtarılan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verilib
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edilib
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
“Nəsimi” metrostansiyasında yanğın olub