logo

6 ayda BTC kəməri ilə 16 milyon tonadək neft nəql edilib

11:29 17-07-2019 | icon 2723
6 ayda BTC kəməri ilə 16 milyon tonadək neft nəql edilib

Yanvar-iyun aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 19 milyon 744 min ton neft nəql olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, nəqletmənin 81 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Belə ki,  6 ayda bu kəmərlə 15 milyon 985,7 min ton neft nəql edilib.

Yarım ildə BTC ilə 2 milyon 316,3 min ton tranzit nefti də ötürülüb.