logo

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir

12:59 12-07-2019 | icon 2359
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir

İyulun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

 YeniAvropa xəbər verir  ki, parlamentin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirilib ki, gündəliyə 28 məsələ daxildir.

Oqtay Əsədov Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin qurumun son iclasındakı uğurlu iştirakına toxunub.

Sonra Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun Lüksemburqda keçirilən son iclası barədə məlumat verib.