logo

Ərdoğan Bosniya və Herseqovinada bir sıra görüşlər keçirib

19:29 09-07-2019 | icon 2583
Ərdoğan Bosniya və Herseqovinada bir sıra görüşlər keçirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada ikigünlük rəsmi səfərdə olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,   Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində bir sıra görüşlər keçirilib. Türkiyə prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Milorad Dodiklə görüşüb. Mətbuat üçün qapalı olan görüş təxminən bir saat davam edib.

Sonra Türkiyə prezidenti Bosniya və Herseqovina parlamentinin Xalq Palatasının sədri Bəkir İzetbeqoviç, həmçinin Sloveniya prezidenti Borut Pahor və Bolqarıstanın baş naziri Boyko Borisov ilə də görüşüb.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.