logo

Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

17:21 08-07-2019 | icon 2758
Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.

AFFA-dan  YeniAvropa -ya bildiriblər ki, o, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Norrçepinq” (İsveç) – “St.Patrik” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq. Həmin görüş iyulun 18-də oynanılacaq.