logo

Türkiyədə atom sahəsində istifadə olunan maddə ələ keçirilib

17:10 06-07-2019 | icon 2982
Türkiyədə atom sahəsində istifadə olunan maddə ələ keçirilib

Türkiyənin təhlükəsizlik qüvvələri Bolu şəhərində nüvə silahlarının başlıqlarının hazırlanmasında və atom elektrik stansiyalarında istifadə olunan kalifornium tərkibli maddə ələ keçirib.

 YeniAvropa  yerli KİV-lərə istinadla xəbər verir ki, xüsusi qabda saxlanılan maddə bir avtomobildə aparılan axtarış zamanı aşkar olunub. Çəkisi 18,01 qram olan maddənin qiyməti təxminən 72 milyon ABŞ dollarıdır. Hadisə ilə bağlı başlanan istintaq nəticəsində 5 nəfər saxlanılıb. Türkiyə Atom Enerjisi Təşkilatı ələ keçirilən maddə ilə bağlı aparılan tədqiqatda iştirak edir.