logo

Bakıya növbəti yeni metro vaqonları sentyabrda gətiriləcək

13:31 02-07-2019 | icon 2674
Bakıya növbəti yeni metro vaqonları sentyabrda gətiriləcək

Bakıya növbəti yeni metro vaqonları avqust-sentyabr aylarında gətiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Rusiyanın "Transmaşholdinq" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, cari ildə Bakı Metropoliteni üçün daha 20 vaqon gətiriləcək. Bu vaqonlardan 10-u avqustda, 10-u isə sentyabrda gətiriləcək.