logo

“Buta Airways” Batumiyə reyslərinin sayını artırır

11:59 01-07-2019 | icon 2660
“Buta Airways” Batumiyə reyslərinin sayını artırır

“Buta Airways” aviaşirkəti Batumiyə olan reyslərin sayını artırır.

Aviaşirkətdən  YeniAvropa-ya bildirilib ki, iyulun 17-dən sentyabrın 18-dək Batumi reyslərinin sayı həftədə 3 dəfə olacaq. Əlavə uçuş çərşənbə günü həyata keçiriləcək.

Qeyd edək ki, hazırda aviaşirkət tərəfindən uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetirilir.