logo

Bakıda FİDE-nin prezident Şurasının iclası keçiriləcək

14:16 27-06-2019 | icon 3087
Bakıda FİDE-nin prezident Şurasının iclası keçiriləcək

İyunun 28-də Bakıdakı “Hilton” otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezident Şurasının iclası keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, FIDE prezidenti Arkadi Dvorkoviç prezident Şurasında iştirak etmək üçün iyunun 27-də Bakıya gələcək. İki gün davam edəcək iclasda bir sıra vacib məsələlər müzakirə olunacaq. İclasda, həmçinin federasiyaların üzvlük haqlarının azaldılması məsələsinə baxılacaq.

FIDE prezident Şurasının iclasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.