logo

Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb

22:37 23-06-2019 | icon 2842
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb

Azərbaycan cüdoçusu Rüstəm Orucov Minskdə keçirilən ikinci Avropa Oyunlarında gümüş medal qazanıb.

YeniAvropa xəbər verir  ki,  73 kiloqram çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançımız finalda isveçli Tomas Masiasa məğlub olub.

Bu, Azərbaycanın "Minsk 2019"da 6-cı medalı olub.