Bu gün, iyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə təkrar seçkilər keçirilir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, səhər saatlarından seçki məntəqələrimndə seçicilərin aktivliyi müşahirə edilməkdədir.
Qeyd edək ki, seçkidə əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrəm İmamoğlu arasında olacaq.
Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da başlayıb və 17.00-dək davam edəcək
Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib və İstanbul Böyükşəhər bələdiyyəsinin sədri uğrunda səsvermədə Ekrem İmamoğlu qalib gəlib. Türkiyə Ali Seçki Komissiyasının Ekrem İmamoğluna İstanbul Böyükşəhər bələdiyyəsinin sədrnin mandatını versə də, bir neçə gün sonra onu geri alıb. Belə ki, səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında ləğv olunub və təkrar seçki elan olunub.