İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə səsvermə keçiriləcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu gün artıq təbliğat və təşviqat işləri dayandırılıb.
Qeyd edək ki, seçkidə əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrəm İmamoğlu arasında olacaq.
Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da başlayacaq və 17.00-dək davam edəcək
Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib və Ekrem İmamoğlu qalib gəlib. Türkiyə Ali Seçki Komissiyasının Ekrem İmamoğluna İstanbul Böyükşəhər bələdiyyəsinin sədrnin mandatını versə də, bir neçə gün sonra onu geri alıb. Belə ki, səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında ləğv olunub və təkrar seçki elan olunub.