logo

Lissabonda gənclər nazirlərinin ümumdünya konfransı keçiriləcək

14:22 22-06-2019 | icon 2898
Lissabonda gənclər nazirlərinin ümumdünya konfransı keçiriləcək

İyunun 23-də bütün dünyadan gənc liderlərin yüzə yaxın nümayəndə heyəti Lissabonda toplaşacaq. Həmin gün burada Davamlı inkişaf hədəflərinə nail olmaqda gənclərin rolu mövzusuna həsr edilmiş konfrans işə başlayacaq.

YeniAvropa xəbər verir  ki, gənclər nazirlərinin ümumdünya konfransı və “Lissabon+21” gənclər forumu 21illik fasilədən sonra yenidən Lissabonda keçiriləcək. İlk belə tədbiri 1998-ci ildə Portuqaliya təşkil etmişdi.

Debatlar çərçivəsində müzakirə olunacaq mövzular arasında davamlı inkişaf və iqlim böhranı məsələləri xüsusi yer tutur.

Konfransda Avropa İttifaqının, Portuqaldilli Ölkələr Birliyinin və İbero-Amerika məkanının, habelə Qazaxıstandan Dominikan Respublikasına, Birləşmiş Ştatlardan Cənubi Sudana, Butandan Sent-Lüsiyaya qədər müxtəlif ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər.

Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodrigesin sözlərinə görə, bu konfransın məqsədi gələcəyi bugünkü gənclərlə qurmaqdan ibarətdir.

Gənclər nazirlərinin birinci ümumdünya konfransı 1998-ci ildə Portuqaliya hökuməti tərəfindən BMT-dəki tərəfdaşları ilə əməkdaşlıq şəraitində təşkil edilmişdi. Bu konfrans gənclər siyasətində mühüm mərhələ olub.