logo

Bolqarıstan və Rumıniya tezliklə Şengen məkanına daxil olacaq

15:49 21-06-2019 | icon 2863
Bolqarıstan və Rumıniya tezliklə Şengen məkanına daxil olacaq

Bolqarıstan və Rumıniya tezliklə Şengen məkanına daxil olacaq.

YeniAvropa xəbər verir  ki,bu sözləri Buxarestdə rəsmi səfərdə olan miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə Avropa komissarı Dimitris Avramopulos deyib.

Komissar qeyd edib ki, bunun reallaşması üçün bəzi texniki və praktiki tələblər hələ də yerinə yetirilməyib. Rumıniya, Xorvatiya və Bolqarıstanın bu istiqamətdə səyləri məsələnin daha da tezləşməsinə xidmət edəcək.