logo

Gürcüstan parlamentinin sədri Bakıdan qayıdıb istefa verdi

15:31 21-06-2019 | icon 2786
Gürcüstan parlamentinin sədri Bakıdan qayıdıb istefa verdi

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə keçirilən etiraz aksiyaları fonunda istefa verməyi qərara alıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze mətbuat konfransında məlumat verib.

Qeyd edək ki,  İrakli Kobaxidze Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak etmək üçün Bakıda səfərdə idi.  

Xatırladaq ki, dünən Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlament binası qarşısında polislə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində 240 nəfər xəsarət alıb.

Gürcü müxalifətinin liderləri bu gün axşam saatlarında növbəti aksiya keçirməyi planlaşdırdıqlarını bildiriblər.