logo

Gürcüstan prezidenti  iğtişaşlar səbəbindən Belarus səfərini yarımçıq qoyub

12:29 21-06-2019 | icon 2863
Gürcüstan prezidenti  iğtişaşlar səbəbindən Belarus səfərini yarımçıq qoyub

Gürcüstan prezidenti Salome Zurabişvili dünən Tbilisidə baş verən iğtişaşlar səbəbindən Belarus səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  Salome Zurabişvili bu gün səhər Belarusun baş naziri Sergey Rumas ilə görüşməli idi. Lakin jurnalistlərə bildiriblər ki, görüş olmayacaq.

Xatırladaq ki, Gürcüstan prezidenti Minskə II Avropa Oyunlarının açılışında iştirak etmək üçün gedib.

Dünən Tbilisidə Rusiya parlamenti nümayəndə heyətinin Gürcüstana səfərinə qarşı kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları dəmir maneələri aşıraraq Parlamentin binasına girməyə cəhd göstəriblər. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Hər iki tərəfdən xəsarət alanlar var.

Daxiliiİşlər naziri Georqi Qaxariya parlament binasının qarşısına gələrək aksiya iştirakçılarını sakitliyə dəvət edib və baş verənləri hökumət nümayəndələrinə qarşı zorakılıq adlandırıb.

Gürcü müxalifətinin liderləri bu gün axşam saatlarında növbəti dinc aksiya keçirməyi planlaşdırdıqlarını bildirirblər.