İyunun 19-da Yeni Zelandiyanın şimal-şərq adaları silsiləsi yaxınlığında 6,4 bal gücündə zəlzələ olub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla axşam saat 19:01 radələrində baş verən zəlzələnin episentri L'Esperans qayalıqlarının 140 kilometr şimal-şərqində, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Havay adalarında yerləşən Sakit okean Sunami Xəbərdarlığı Mərkəzi sunami xəbərdarlığı elan etməyib.
Qayalığın daxil olduğu Kermadek adaları silsiləsində son günlər yüksək geoloji fəallıq müşahidə edilməkdədir. Belə ki, həmin ərazidə iyunun 16-da iki, 17-də isə daha bir güclü zəlzələ qeydə alınıb.