Avropa İttifaqı (Aİ) İranın nüvə razışlaşmasına əməl etməsi məsələsinə mövqeyini Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin rəyinə əsasən müəyyənləşdirir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Aİ-nin beynəlxalq məsələlər üzrə komissarı Federika Moqerini deyib.
F.Moqerini bildirib ki, rəsmi Vaşinqtonun İranı nüvə razılaşmasına əməl etməməkdə günahlandırmasının heç bir əsası yoxdur. Belə ki, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri İranda yoxlama işləri aparıblar. Yoxlamaların nəticələri təhlil olunduqdan sonra müəyyən edilib ki, İran razılaşmaya əməl edir. Bu barədə beynəlxalq agentlik 14 bəyanat verib. Hər bir bəyanatda da aydın şəkildə göstərilib ki, İran razılaşmaya sadiq qalıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranı razılaşmanı pozmaqda ittiham edərək Aİ-dən də İrana qarşı addım atmağı istəmişdi.