Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsinə yeni təyinat olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu vəzifəyə Saçxere klinikasının direktoru Yekaterina Tikaradze təyin olunub.
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə Saçxere klinikasına konsultant kimi dəvət olunan Y.Tikaradze, 2015-ci ilin sentyabrında klinikanın direktoru təyin olunub.
Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsindən bu gün istefa verən David Sergeenko isə Gürcüstanın baş naziri Mamuka Baxtadzenin müşaviri təyin olunub.
Baş nazir bu gün yeni naziri və müşaviri ictimaiyyətə təqdim edib.